7 C
Baku
Thursday, December 12, 2024

Neft qiymətləri S. Ərəbistanda hasilatın bərpası fonunda düşür

Cümə günü neft qiymətləri Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumlardan sonra neftin qiymətləri düşür.

Banker.az xəbər verir ki, qiymətə qlobal iqtisadi artımın yavaşlaması və onun neft tələbinə təsir etməsi təhlükəsi təsir göstərib.

Brent markalı neftin qiyməti 0,88% azalaraq 62,19 dollara, WTI neftin qiyməti isə 0,51% azalaraq 56,12 dollara düşüb.

Həftənin əvvəlindən bəri WTI 3% itirib. Qeyd edək ki bu, son 10 həftə ərzində rekord azalmadır. Brent fyuçersləri 2,9% itirib.

Səudiyyə Ərəbistanı, neft obyektlərinə edilən hücumlardan sonra, hasilat gücünü gündə 11,3 milyon barelə çatdırıb.

 

Son xəbərlər
Digər xəbərlər