Şanxayda uzun müddət davam edən COVID-19 karatntinləri və ABŞ-ın potensial faiz artımlarının qlobal iqtisadi artıma və yanacağa tələbata zərər verəcəyinə dair narahatlıqlar artdığından, neft qiymətləri bazar ertəsi günü təxminən iki həftəlik minimuma enərək, keçən həftəki itkilərini bir qədər də artırdı.
Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə 11:20 radələrinə 3.88 dollar, yaxud 3.66% ucuzlaşaraq bir barreli 102.27 dollar təşkil edib. Bu da aprelin 12-dən bəri ən aşağı göstəricidir.
WTI neftinin qiyməti 3.68 dollar, yaxud 3.61% ucuzlaşaraq 98.39 dollar olub.
Keçən həftə tələb narahatlıqlarına görə meyarlar təxminən 5% itirdi.