13 C
Baku
Saturday, November 23, 2024

Neft treyderlərinin gözü “OPEC+”un bugünkü iclasında

OPEC+ razılaşması iştirakçıları bu gün bir sıra görüşlər keçirəcəklər.

OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.

Bu arada neftin qiyməti ucuzlaşaraq 79 dollardan da aşağı enib. Səbəb isə hasilatın artımı yanaşı, iclasöncəki proqnozlardır. Həmçinin ABŞ hökuməti öncəki həftədə neft ehtiyatlarının anbarlarda artması ilə bağlı hesabat tərtib etmişdi. Həmçinin Ağ Evin sözçüsü neftin qiymətinin aşağı salınması üçün “əlindən gələni” edəcəklərini açıqlayıb.

OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin üzvləri video-konfrans formatında baş tutacaq iclasın başlanması 4 oktyabrda, Bakı vaxtı ilə saat 16:00 radələri üçün nəzərdə tutulub.

Nazirlər Komitəsi bazarın təhlili və neft hasilatının məhdudlaşdırılması razılaşmasının yerinə yetirilmə səviyyəsinə əsaslanaraq bütün alyans iştirakçıları üçün daha çox üstünlük veriləcək tədbirlər haqqında tövsiyələr hazırlayır.

Son həftədə OPEC+ alyansının texniki komitəsinin iclası keçirilib. Komitə 2021-ci ildə neft bazarında tədarük çatışmazlığı ilə bağlı proqnozu əvvəllər gündəlik 0.9 mln. bareldən 1.1 mln. barelədək yüksəldib. Bundan əlavə, OPEC+ 2022-ci ildə qlobal neft bazarında təklif qalığının gündə 1.6 mln. barel deyil, 1.4 mln. barel olacağını ehtimal edir.

XATIRLATMA!

OPEC+ pandemiya səbəbindən neftə tələbin səbəbindən 2020-nin mayından hasilatın gündəlik 9.7 mln. barel azaltmışdılar. Bu ilin may ayında gündəlik hasilat 6.55 mln. barel, iyun ayına 6.2 mln. barel olub, iyulda isə 5.8 mln. barel təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər