Birjalarda neftin qiymətində ucuzlaşma müşahidə edilib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08:11-də Londonun ICE qitələrarası fond birjasında Brent markalı neftin 1 barelinin dəyəri 50 sent (1,67%) ucuzlaşmaqla 29,48 dollar həddinə düşüb.
Nyu-Yorkun NYMEX fond birjasında WTI 23 sent (0,89%) ucuzlaşmaqla 25,55 dollara düşüb.