15 C
Baku
Saturday, April 27, 2024

Neftçalada marketlər şəbəkəsinin bölgə müdiri və idarə cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə DİN-dən bildirilib. Məlumata görə, aprelin 13-də Neftçala rayonunun ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə rayon ərazisində fəaliyyət göstərən marketlər şəbəkələrindən birinin bölgə müdiri İ.Rəcəbov və Aşağı Muğan Meliorativ Sistemlərin İstismarı İdarəsi barəsində protokollar tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər