Dünya birjalarında neftin qiymətində cüzi ucuzlaşmalar müşahidə edilsə də, qiymət 43 dollardan yuxarıda dayanmaqdadır.
Banker.az xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında Brent markalı neftin bir barelinin oktyabr fyuçersləri üzrə qiyməti 0.72% bahalaşmaqla, 43.83 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI 0.68% bahalaşmaqla 40.73 dollar olub.