17 C
Baku
Tuesday, May 21, 2024

Neftin dəyəri OPEC+ anlaşmasına “mənfi” reaksiya verir: ucuzlaşır

OPEC+ alyansının ötən gün anlaşmasına əsasən neftin hasilatının azaldılması ilə bağlı razılığa gəldilər. Bu razılıq bu günə qədər baş tutumamasında səbəbkar Rusiya 2 milyon/günlük, Səudiyyə Ərəbistanı isə 4 mln. barel/günlük azaldılmasına dair razılığa gəliblər. Ümumilikdə isə OPEC+ alyansı 10 (23%) azalmasına dair razılıq əldə ediblər.

Lakin, artıq yaxın keçmişdəki təcrübədə olduğu kimi, neftin hasilatının azaldılması qiymətlərə heç bir təsiri yoxdur, əksinə, ucuzlaşır.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 9:10 radələrində Brent markalı neftin 1 barelinin dəyəri 1,36 dollar, yəni, 4,14% ucuzlaşmaqla 31,48 dollar səviyyəsinə enib. Halbuki, ötən gün görüş ərəfəsində Brentin 1 barelinin dəyəri 34 dolları üstələmişdi.

Qərbi Texas Nefti – WTI Nyu-Yorkun Nymex əmtəə birjasında 9,29% ucuzlaşmaqla 22,76 dollar səviyyəsinə düşüb.

Görünür dünyada koronavirus pandemiyasının iqtisadi aktivliyi kəskin azalması bir çox neft alıcısı olan iri dövlətlərdə tələbatın kəskin azalması səbəbindən qiymətin bir neçə müddət belə qalacağı qaçılmazdır.

Dünyanın 3-cü ən böyük neft idxalçısı olan Hindistanın neft emalı müəssisələrinin anbarları dolduğundan alıcılıq qabiliyyəti dayanıb. Ümumi ölkə üzrə neftin idxalına maraq 70% karantin rejimindən öncəki vəziyyətdən daha azdır.

Analoji hal Çində də baş verdiyi üçün neftə olan tələbat kəskin fərqlə aşağı düşüb.

Lakin, OPEC+ alyansının bu addımı dünyada neftin qiymətinin 10 dollar/barel səviyyəsinə qədər düşməsi ehtimalından qurtulda bilər.

Yeri gəlmişkən, bu alyansın üzvi olan Azərbaycanda neftin qiymətinin sabitləşdirilməsi üçün bu razılaşmaya qoşulub. Ölkəmiz gündəlik 718 min barelllik hasilatı 23% (164 min barel) azaltmağa razılaşıb, bundan sonra 554 min barel kvotasında ixrac edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər