-1 C
Baku
Sunday, December 15, 2024

Neftin ixracda payı azalıb, təbii qazın kəskin artıb

Azərbaycanın 2019-cı ilin yanvar ayında xarici ticarətin həcmi  1 milyard 279,64 mln. manat təşkil edib. 

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ixracda xam neftin payı 79,56% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə payın azalması deməkdir. Belə ki, ötən ilin yanvarında xam neft məhsullarının ixracda payı 84,22% təşkil edirdi. Buna baxmayaraq bu il xam neft məhsullarının həcmi 1 mlrd. mantdan çox olub – bu ötən ilin eyni dövründə 874,82 mln. manat təşkil etmişdi.

Digər bir məqam isə ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz bu il ixracda payının 7,92%-ə (101,39 mln. manat) qədər artması olub. Bildirək ki, təbii qazın ixracda  payı ötən ilin müvafiq dövründə 2,19% idi. 

Ümumilikdə isə neft-qaz məhsullarının xarici ticarətdə payı bu ilin yanvarında 89.04% təşkil edib ki, bu da ötən ilki 87.94% rəqəminədən çox olması deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər