27 C
Baku
Saturday, July 27, 2024

Neftin qiymətləri son yeddi həftənin zirvəsinə yüksəldi

Neft Avropa Birliyinin Rusiya neftinin idxalına qadağa qoymağa davam edən təkanları və investorların Çinin COVID-lə bağlı qadağaların yumşaldılmasından sonra daha yüksək tələbata ehtiyac yaranacağı ehtimalını artırması qiymətləri yeddi həftənin ən yüksək həddinə çatdırıb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 14:05 radələrində Brent markalı xam neftin iyul fyuçersi üzrə qiymətini 1.25 dollar, yaxud 1.1% artımla 115.49 dollar/barrel səviyyəsinə qədər artıb.

WTI neftinin iyun fyuçersi isə 0.5%, bahalaşma ilə 112.36 dollara qədər bahalaşıb.

Aİ xarici işlər nazirləri dünən Macarıstana təklif olunan neft embarqosuna qoyulan vetonu ləğv etmək üçün təzyiq göstərə bilmədilər, lakin bəzi diplomatlar indi Rusiya neftinə mərhələli qadağa ilə bağlı razılıq əldə etmək üçün mayın 30-31-də keçiriləcək sammiti barədə açıqlama veriblər.

Martın əvvəlində Rusiyanın Ukraynaya müdaxiləsi tədarüklə bağlı narahatlıqları artırması ardından WTI xam nefti 2022-ci ildə bahalaşıb, Brent 139 dollara çatıb ki, bu da 2008-ci ildən bəri ən yüksək həddir.

Bu gün neft də Çində tələbin bərpası ümidindən dəstək qazandı, çünki ölkə onun iqtisadiyyatına zərər verən COVID məhdudiyyətlərini yüngülləşdirməyə çalışır.

Şanxay, karantin zonalarından kənarda yeni COVID-19 hadisəsi olmadan ardıcıl üç gündən çox gözlənilən mərhələyə nail oldu və yeddinci həftəsində “lokdaun”lardan çıxmaq üçün dünən qrafik açıqlandı.

Analitiklər hazırda hesab edir ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istədikdə Aİ və Rusiya arasında “intensivləşən geosiyasi gərginlik” qiymətləri daha da tətikləyəm amillərdir.

Son xəbərlər
Digər xəbərlər