9 C
Baku
Thursday, December 12, 2024

Neftin qiyməti 52 dollara doğru istiqamətlənir

Dolların ümumi indeksinin aşağı düşməsi və ABŞ-da  yardım proqramı ilə bağlı danışıqları yekunlaşdırmağa hazır olduqları xəbərləri birjalarda neftin qiymətini bahalaşdırıb.

Banker.az xəbər verir ki, Brent markalı xam nefti bir barreli London birjasında (fevral fyuçersi) 0.42 dollar (0.82%) bahalaşaraq 51.50 dollar olub.

Nyu-York əmntəə birjasında (yanvar fyuçersi) 0.43 dollar (0.90%) bahalaşmaqla 48.25 dollar olub.

Bu arada, “RBC Capital Markets” analitiklərinin proqnozlarına görə, gələn il WTI xam neftinin ortalama qiyməti 51.50 dollar/barrel, Brent-in qiyməti 54.50 dollar/barrel ola bilər. Öncəki proqnozlarda, analitiklər dəyişiklik edərək müvafiq olaraq 5.50 və 6.50$ artırıblar.

Artan fiziki bazar tələbi, neft ehtiyatlarının bazarda qismən azalması, Çində istehlak göstəricilərində müşahidə olunan artımlar, “Covid-19” peyvəndləri sayəsində investorların bazar mövqeyinin yaxşılaşması, son qiymət artımlarına səbəb olan amillərdəndir. 2022-ci il üçün isə WTI və Brent üçün orta proqnozlar müvafiq olaraq 57 və 60$-dır.

Son xəbərlər
Digər xəbərlər