Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə edilir.
08:05 (GMT+4)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,08$, yəni, 0,16% azalaraq 50,52$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13$, yəni, 0,24% ucuzşaraq 53,40$-a təklif olunub.