Dünya bazarlarında neftin qiyməti ötən gün 61$-a çatdıqdan sonra ucuzlaşmağa başlayıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:35 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.51$ , yəni, 0.97% azalaraq 51.85$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.46$, yəni, 0.75% ucuzlaşaraq 60.98$-a təklif olunub.