2 C
Baku
Saturday, December 14, 2024

Neftin qiyməti Baydenin təzyiqləri ilə 3% ucuzlaşdı

Həftənin çərşənbə günü səhər Asiyada neft ucuzlaşdı, səbəb isə ABŞ prezidenti Co Bayden ABŞ-ın yanacaq xərclərinin azaldılmasını tələb etməsidir.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 3.03% ucuzlaşaraq 111.18 dollara, WTI markalı xam neftin fyuçersləri isə 3.37% ucuzlaşaraq 105.83 dollara düşüb.

ABŞ prezidenti Co Baydenin çərşənbə günü Konqresi yanacağın qiymətlərini aşağı salmaq və istehlakçılara təzyiqi azaltmaq üçün benzinə federal vergini müvəqqəti olaraq dayandırmağa çağıracağı gözlənilir.

Neft treyderləri etiraf etdilər ki, neft qiymətlərinin yüksək olması, benzin qiymətlərinin artması, FED-in daha aqressiv addımlarına səbəb olacaq və Bayden administrasiyası enerji inflyasiyasını ram etmək üçün siyasi və fiskal cəbhədə bir neçə alətlərdən istifadə edəcəkdir.

Yeddi neft şirkəti Ağ Evin yanacaq qiymətlərini endirmək üçün təzyiqi altında cümə axşamı Baydenlə görüşməyə hazırlaşır.

Bununla belə, enerji şirkətinin “Chevron”un baş icraçı direktoru Maykl Virt çərşənbə axşamı bildirib ki, neft sənayesini tənqid etmək yanacağın qiymətlərini aşağı salmağın yolu deyil.

Chevron CEO-su Virt Baydenə məktubunda “Bu hərəkətlər qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün faydalı” olmadığını bildirib.

Başqa bir yerdə, Ukraynanın işğalına görə Rusiyaya qarşı Avropanın neft sanksiyaları qüvvəyə minmədiyi üçün tədarük daha da çətinləşir.

Son xəbərlər
Digər xəbərlər