8 C
Baku
Friday, December 13, 2024

Neftin qiyməti Çindəki karantin “qorxusu” ilə $6-dan çox ucuzlaşdı

Çində koronavirus səbəbindən maliyyə mərkəzi olan Şanxayın lokdaounlara getməsi yanacağa tələbatla bağlı qorxuları artırıb ki, bu da bu gün neft qiymətləri $6-dan çox ucuzlaşıb.

Banker.az xəbər verir ki, Brent markalı neftin may fyuçersləri bir barel üçün $113.72 $a qədər ucuzlaşıb. Hazırkı qiyməti isə $114.68 olduğunu nəzərə alsaq, sessiya ərzində $5.97 və ya 4.9% ucuzlaşma var.

WTI xam neftinin may fyuçersinin barreli artıq $106.81-ə qədər enib.

Cümə günü hər iki fyuçersi müqaviləsi 1.4% artaraq üç həftə ərzində ilk həftəlik qazancını qeyd etdi, Brent 11.8% və WTI isə 8.8% qalxdı.

Şanxay COVID-19 virusunun daha da yayılmasının qarşısını almaq üçün bazar ertəsi günü 26 milyon insanın iki mərhələli olmaqla karantinə düşüb.

Treyderlər üçün, bu da Çinin sıfır COVID siyasətinin əsas biznes mərkəzlərində təkrar bağlanmasına nəticələnəcəyi ilə bağlı narahatlıqları artrırır.

Dünyanın böyük xam neft idxalçısı olan Çində neft tələbinin aprel ayında “normal” səviyyələrlə müqayisədə gündə 800 000 barel azalacağı gözlənilir.

Kremlin məlumatına görə, sabah Türkiyədə Rusiya ilə Ukrayna arasında başlaya biləcək sülh danışıqlarından barışıq ümidləri də neftin qiymətlərinə təsir edib.

“Fujitomi Securities”in baş analitiki Kazuhiko Saito bildirib ki, Yəmən husilərinin Səudiyyənin neft paylama obyektinə raket hücumuna yüksək reaksiya cümə günü öz kursunu davam etdirib.

Bununla belə, aprelin əvvəli OPEC+ alyansı neftin hasilatı ilə bağlı qərar verəcək. İlkin mediaya sızan məlumatlarda qeyd edilir ki, hasilat günlük ifadədə azca artırla bilər. Lakin, adətən OPEC+ keçmişdə hasilatla bağlı plandan kənara çıxmayıb, o ehtimalla da treyderlər bazara volatillik gətirəcək hansısa qərarın olacağına inanmır.

Analitiklərin fikrincə, Rusiya xam neftinin apreldəki spot həcmləri alıcı tapmaqda çətinlik çəkdiyi üçün tədarük kəsiri mümkündür. Əksər həcmlər işğaldan əvvəl azaldığı üçün, Rusiyanın xam neft axınları mart ayında çox az təsir göstərib.

Bununla belə, Hindistan və Çin kimi ölkələr hələ də Rusiya xam neftini alır və İndoneziyanın dövlət enerji şirkəti “PT Pertamina” Rusiya neftini almağı düşündüyünü elan edən sonuncu şirkətlərdən biridir.

“Gözləntilərə əsasən, aprel ayında Rusiya xam neftinin və məhsullarının gündəlik 2.5 milyon barel defisiti olacaq” – deyə, “SEB” bankının analitiki Bjarne Schieldrop deyib.

 

Son xəbərlər
Digər xəbərlər