10 C
Baku
Wednesday, December 11, 2024

Neftin qiyməti həftənin ilk iş gününə ucuzlaşma ilə start verir

Fevral fyuçerslərində neftin qiyməti həftənin ilk iş gününə ucuzlaşma ilə start verib.

Brent markalı xam neftin bir barreli Londonun qitələrarası fond birjasında (ICE) 15 sent (0.29%) 51.14 dollara qədər düşüb. WTI markalı xam neftin bir barreli Nyu-Yorkun əmtəə birjasında (Nymex)      8 sent     (0.17%) ucuzlaşmaqla 48.15 dollar təşkil edib.

Qeyd edək ki, son həftədə Brentin qiyməti 52 dollar üzərinə çıxmışdı, lakin, virusun (COVID-19) mutasiya xəbəri neftin qiymətini yenidən təzyiqi altına salmışdı. Bununla belə, ABŞ və Çin kimi nəhəng iqtisadiyyatlarda ehtiyatların azalması səbəbindən, neft tanker və qatarlarının işə düşməsi xəbəri neft fyuçerslərində qiymətin artmasına səbəb olmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər