7 C
Baku
Sunday, December 15, 2024

Neftin qiyməti kiçik azalmadan sonra yenidən artacaq

ABŞ-ın neft ehtiyatları 1-8 mart tarixlərində 4,4 mln. barel yüksəlib. Amerika Neft İnstitutu (APİ)  xəbər verir ki, ABŞ-da bu müddət ərzində benzin ehtiyatları 2,124 mln. barel yüksəlib. Qeyd edək ki, analitiklər neft ehtiyatlarının 3 mln. barel artacağını, benzin ehtiyatlarının isə 1,5 mln. barel azalacağını gözləyirdilər. Ehtiyatların gözləntilərdən yüksək həcmdə artması neft qiymətlərinin düşməsinə səbəb olub. Belə ki, investorların ABŞ-da neft ehityatlarının getdikcə azalmasını proqnozlaşdırılmasına baxmayaraq, ehtiyatlar artmaqda davam edir. Halbuki, 26 fevral-4 mart tarixləri arasında ABŞ-da aktiv neft quyularının sayı 2% və ya 8 ədəd azalaraq 392 ədəd təşkil edib və 24 həftəlik azalma tendensiyasını davam etdirib.

“Report” xəbər verir ki, “Brent” markalı neftin qiyməti dünən, martın 8-də 41,48 dollar/barelə çatıb və 2015-ci il dekabrın 9-dan etibarən ən yüksək həddə yüksəlib. Qeyd edək ki, bu, “Brent”in yanvarın 20-də satıldığı 27,1 dollar/barel qiymətindən 53% çoxdur. Hazırda isə bu markalı neft 39,8 dollar/barelə satılır və bu, martın 8-dəki maksimal səviyyədən 1,67 dollar/barel və ya 4% azdır.

Yerli analitik olan “Report” hesab edir ki, neft qiymətləri 35 dollar/barel səviyyəsinə qədər endikdən sonra yenidən yüksəlişini davam etdirəcək və 45-50 dollar/barel səviyyəsinə qədər yüksələcək. Daha sonra, ilin ikinci yarısından etibarən isə qiymətin yenidən 25-30 dollar/barel səviyyəsinə geri dönəcəyi ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər