15 C
Baku
Saturday, April 20, 2024

Neftin qiyməti niyə artır? – ekspertdən açıqlama

Bu məsələ ilə bağlı fikirləri ilə iqtisadçı ekspert Pərviz Heydərov bölüşüb. Onun fikrincə,Neftin qiymətinin bahalaşmasının həm iqtisadi, həm də siyasi səbəbləri vardır. Ümumiyyətlə, bu tendensiya sentyabrın əvvəlindən müşahidə edilir. Və mən, bununla bağlı verdiyim açıqlamada qeyd etmişdim ki, neftin bahalaşması üçün əslində, heç bir ciddi əsaslar yoxdur. Eyni zamanda, ucuzlaşma üçün də bunu demək olar. Yəni, məlum olduğu kimi, artıq, xeyli müddətdir vəziyyət onsuz da stabil xarakter daşıyırdı.

Ümumiyyətlə, neftin 50-55 ABŞ dollar dünya bazar qiymətləri bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır. Əlbəttə, bir çox ölkələr istəyərlər ki, qiymətlər 70 ABŞ dollarının üstündə olsun. Ancaq bu, yaxın perespektivdə gözlənilmirdi və heç orta perespektivdə üçün də güman edilmirdi.

Ancaq məsələ ondadır, neft elə bir məhsul növüdür ki, təkcə iqtisadi deyil, siyasi səbəblər üzündən də qiymət dəyişiikliyinə uğrayır. Əvvəlki açıqlamalarımda qeyd etmişdim ki, 60 dollar rəqəminə yaxınlaşma meyilləri ABŞ dollarının kursu kimi amillərə bağlıdır.

Belə ki, bəlli olduğu kimi, ABŞ valyutası möhkəmləndikdə neft ucuzlaşır, dəyərdən düşdükdə isə bahalaşır. Məsələ isə bundan ibarətdir ki, Amerika valyutası bu il möhkəmlənməyi dayandırdı. Baxmayaraq ki, ABŞ mərkəzi bankı cari il ərzində üst-üstə 2 dəfə faiz artımına getdi, dollar möhkəmlənmədi. Əksinə, Amerika milli valyutası bu gün də dəyərsizləşməkdədir. Neft də ona görə bahalaşmağa meyl göstərirdi .

İndi isə buna siyasi səbəblər də əlavə olunub. Belə ki, neftin dünya qiymətinin daha da yüksəlməsini şərtləndirən əsas məsələlərdən birinə də Kürdüstan məsələsi çevrilib.Orada keçirilən referendum məsələsi.

Şimali Koreya ətrafında cərəyan edən hadisələri də kənara atmaq lazım deyil… Düzdür, bəziləri izah edirlər ki, ABŞ-da şist neft hasilatı azalıb və üstəlik də, dünya üzrə də hazır neft ehtiyatı aşağı düşüb və sair, ona görə də tələbat yüksəlib.

Lakin, bunlar əhəmiyyətli faktorlar deyil. Hətta onu da qeyd edim ki, Kürdüstan məsələsi deyəndə də, heç bölgənin neftinin Türkiyədən ixracının dayandırılacağı ehtimalı da qiymətlərin qalxmasında əsas rol oynamır. Çünki İraq neftinin Avropa bazarına çıxarılması elə də ciddi problem deyil. Belə ki, sözügedən məkan onsuz da qeyri-stabil zonadır və Qərbin əlindədir.

Odur ki, hesab edirəm, siyasi səbəblər aradan qalxsa, qiymət 60 dolları keçən deyil. Yox əgər, tendensiya dərinləşsə, indiki bahalaşma oktyabrda da davam edəcək.

Son xəbərlər
Digər xəbərlər