Neftin qiyməti bir barel üçün 1 dollardan çox artıb – bu gün Bakı vaxtı ilə saat 4:44-ə olan məlumata görə, Brent markalı neftin fyuçersləri 1,19 dollar artaraq 63,97 dollar, West Texas Intermediate (WTI) isə 1,3 dollar bahalaşaraq 62,09 dollar olub. Bundan sonra qiymətlər daha 3% artıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman mayın 30-da 2025-ci ilin iyulunda neft hasilatını gündəlik 411 min barel artırmaq barədə razılığa gəliblər.
Aprel ayından etibarən neft ölkələri neft hasilatını gündəlik 130-140 min barel azaltmaq barədə düşünüblər. “Reuters” agentliyinin verdiyi məlumata görə, OPEC+ 2025-ci ilin iyulunda hasilatı daha 411 min barel artırmağa razılaşacaq.
Bildirək ki, OPEC+ alyasnında OPEC-dən 12 ölkə daxildir, onlardan üçünün – İran, Liviya və Venesuelanın hasilat kvotası yoxdur. Dekabr razılaşmasına əsasən, OPEC+ ölkələri 2026-cı ilin sonuna qədər neft hasilatını gündə təxminən 2 milyon barel, Rusiya və Səudiyyə Ərəbistanı isə 1,66 milyon barel azaldacaq.