7 C
Baku
Friday, November 8, 2024

Neftin qiyməti tələbin artması siqnalları ilə yenidən bahalaşır

Neftin qiyməti aprel və may fyuçerslərində yenidən bahalaşmağa başlayıb.  ABŞ hökumətinin son hesabatlarında benzinin təchizatında yaranan azalma və neftə tələbin yüksəlməsi xəbəri siqnalı ilə neftin qiymətinin yuxarı doğru istiqamətləndirib.

Banker.az xəbər verir ki, hazırda Londonun qitələrarası fond birjasında (ICE) Brent xam neftinin bir barreli 55 sent, yaxud 0.81 faiz artımla 68.45 dollar təşkil edib. Şimal Dənizindən çıxarılan bu neft markasının qiyməti ötən günlərdə 63 dollar/barrel (martın 5-i) səviyyəsindən belə aşağı düşmüşdü.

Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin bir barrelinin qiyməti 54 sent (0.84%) artımla 64.98 dollar olub. ABŞ hökumətinin son hesabatları göstərir ki, daxili benzin təchizatı 4 ayın minimumuna düşüb. Noyabrdan bu tərəfə isə neftə olan tələb pik həddə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər