Səudiyyə Krallığındakı həbs qalmaqalından sonra dünya bazarlarında qara qızılın qiməti yenidən bahalaşmağa doğru start götürüb.
Belə ki, Blooomberg platfomasının Bakı vaxtı ilə saat 17:30 radələrinə olan göstəricilərinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 52 sent, yəni, 0,84% bahalaşaraq 62,59 dollara qədər yüksəlib. Bu da 2015-ci ilin iyulundakı qiymətə qayıtması deməkdir.
Yerli ekspert Samir Əliyev bildirir ki, hazırda 2018-ci ilin fyuçers kontraktları bağlanır. “Neftin 60 dolları keçməsinin faydası gələn il üçündür. Gələn il üçünsə optimist olmaq tezdir.” – deyə iqtisadçı bildirib.
Hazırda Qərbi Texas nefti də bahalaşaraq 56,04 dollar olub.