Neft dünya bazarlarında bahalaşaraq 56$-a bir qədər də yaxınlaşıb.
09:00 (GMT+4)
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,13$, yəni, 0,25% artaraq 52,37$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,07$, yəni, 0,13% bahalaşaraq 55,31$-a təklif olunub.