ABŞ ordusunun Suriya ərazisinə endirdiyi raket zərbələri birjalara təsirsiz ötüşməyib. Belə ki,neft dünya bazarlarında sürətlə bahalaşaraq 56$-a bir qədər yaxınlaşıb.
08:05 (GMT+4)
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,90$, yəni, 1,74% artaraq 52,60$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,84$, yəni, 1,53% bahalaşaraq 55,73$-a təklif olunub.