Bu gün Vyanada (Avstriya) OPEC təşkilatı ilə Rusiya arasında enerji dialoqu çəqçivəsində danışıqlar başlayıb.“TASS” agentliyinə istinadən xəbərə görə, görüşdə Rusiyanın energetika naziri Aleksandr Novakla OPEC-in baş katibi Məhəmməd Barkindo və Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Sədanın iştirak edirlər. Qeyd edək ki, bu çəkilən çərçivədə görüşlər 2012-ci ilin sentyabrından keçirilir və bu, sayca 5-cü görüşdür. Son görüş isə Moskvada 2015-ci il iyulun 30-da baş tutub.
A.Novakın açıqlamalarına görə, görüşdə neft hasilatının azaldılması və ya dondurulması mövzusunun müzakirəsi ikinci planda olacaq. Görüşdə əsas mövzu neft bazarındakı vəziyyətin monitorinqi, vergiqoyma siyasətində informasiya mübadiləsi, yeni texnologiyaların tətbiqi ilə bağlı məsələlər olacaq.
Report