10 C
Baku
Friday, December 13, 2024

“Neftin qiymətinin kəskin enməsini müşahidə edəcəyik”- İqtisadçı

İqtisadçı Natiq Cəfərli OPEC ölkələrinin yaxın zamanlarda keçiriləcək görüşü ilə bağlı öz səhifəsində buna münasibət bildirib.

Natiq Cəfərli bu barədə yazaraq bildirib ki, Rusiya 2 ay öncə xam neft hasilatını dondurulması ilə bağlı təkliflər irəli sürüb: “Fevral ayında Doxa şəhərində Səudiyyə, Rusiya, Venesuella toplaşdılar, hasilatın 12 yanvar səviyyəsində dondurula biləcəyi haqqında ilkin razılığa gəldilər. 12 yanvar günü həm Rusiyada, həm də Səudiyyədə hasilat pik nöqtədə olub – 10,5 mln barelə yaxın. natig jafarliSonra bu məsələyə daha 10 ölkənin razı ola biləcəyi haqqında xəbərlər çıxdı. Bazara verbal müdaxilələr, bəyanatlar qiyməti 44 dollar səviyyəsinə çatdırdı. Neft bazarında real neft gündə 93-95 mln barel satılırsa, “kağız neft”, yəni fyuçerslər bundan 1000 dəfə çoxdur, yəni, forex-sə daxil olan hər bir insan neft alıb-sata bilər. Bu oyunçuların da çoxu qeyri-peşəkar, hətta forex-si kazino ilə səhv salan insanlardır. Həmin xırda oyunçuların əlində vəsait az olsa da, sayları milyonlarla olduğuna görə verbal müdaxilələrə, xəbər axınına anlıq reaksiya verir, orta və uzun vadəli trendləri anlaya bilmirlər.

Bu razılaşma sənədinin imzalanması artıq 2 dəfə təxirə düşüb, indi son tarix kimi 17 aprel (bazar günü, bu da vacibdir, bazar günü dünya birjaları çalışmır) göstərilir. İran bu anlaşmanı “gülünc” adlandırdı, qoşulmayacaq, hətta hasilatı yaxın 6 ayda əlavə olaraq 1 milyon barel artıracağını bəyan etdi. Bu gün Səudiyyənin neft naziri dedi ki, hasilatın azalması məsələsini unudun, biz bazarlarımızı itirməyəcəyik”.

Onun sözlərinə görə, son 1 həftədə həm Dünya Bankı, həm də BVF 2016-cı il üçün neftin ortalama qiymət proqnozlarını açıqladılar, onlar 35-37 dollar arası qiymət gözləyirlər: “Orta və uzun vadəli bütün trendlər də neftin qiymətinin uzun zaman 30-40 dollar arası olma ehtimalını gücləndirir.

Düşünürəm ki, 17 aprel Doha görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək, bununla da qiymətin kəskin enməsini müşahidə edəcəyik. Çox güman, qiymət 18 apreldən sonra 10-15% aşağı düşəcək. Son günlərin qiymət artımım arxasında sözlü müdaxilələrdən başqa heç bir fundamental səbəb dayanmır”.

Son xəbərlər
Digər xəbərlər