“Neftin 55 dollara qədər ucuzlaşması nə ödəmələr balansı, nə də büdcə baxımından ciddi risk yaratmır.”
Banker.az bildirir ki, bu sözləri ekspert Rövşən Ağayev bildirir.
R.Ağayev bildirir ki, bu qiymət səviyyəsində yalnız hökumətin Dövlət Neft Fonduna (ARDNF) gələn il üçün planladığı 3 mlrd. manata yaxın yığım mümkün olmaya bilər.
“Yəni ən pis variantda Neft Fondunun gələn ilki gəlirləri tamamilə xərclənər.
50 dollar isə riskli həddir. Bu nöqtədə hökumət 2015-cii ildə olduğu kimi Neft Fondunun ehtiyatlarını büdcəyə cəlb etməmək, büdcədə balansı təmin etmək üçün dövlət büdcəsinin xərcləri ən azından 2 mlrd. manat ixtisar etməli olacaq. Ya da ehtiyatlara əl atmaq lazım gələcək. 50 dollar ölkənin ödəmələr balansında tarazlığı qorumaq üçün də yetərli deyil. Bu hədd Mərkəzi Bankın bazara daimi müdaxiləsi üçün siqnalın başladığı nöqtədir.” – deyə o, öz şərhində deyir.
Qeyd edək ki, hazırda ( Bakı vaxtı ilə saat 13:24) neft dünya birjalarında Brent markalı nefin 1 bareli 1%-dən çox ucuzlaşaraq ucuzlaşaraq 61,94 ABŞ dollarına ticarət olunur.