“Neftmaştəmir” ASC 2020-ci ili 22 min 995 manat zərərlə başa vurub. 2019-cu ildə 50 min 548 manat mənfəət edib.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
2020-ci ildə “Neftmaştəmir” ASC-nin ümumi gəlirləri 557 min 274 manat, cəmi xərcləri isə 580 min 268 manat təşkil edib.
2019-cu ildə isə “Neftmaştəmir” ASC-nin cəmi gəlirləri 897 min 955 manat, cəmi xərcləri isə 847 min 407 manat olub. Belə ki, illik müqayisədə gəlirləri 38%, xərcləri isə 32% azalıb.