ABŞ-ın Ermənistandakı səfirliyi bu gün axşam saatlarında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətini İrəvanda gözləyir.
Səfirlik bildirib ki, Nensi Pelosinin Ermənistan səfəri iki gün davam edəcək – sentyabrın 17-19-u.
Həmin günlərdə keçiriləcək səfər zamanı Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan və digər yüksək rütbəli rəsmilərlə görüşərək Ermənistan-Amerika münasibətləri və bölgədəki mövcud vəziyyəti müzakirə edəcək.
Nümayəndələr Palatasının sədri Pelosi mətbuat konfransı keçirəcək, Erməni Soyqırımı Memorialına əklil qoyacaq və Cafesjian İncəsənət Mərkəzində çıxış edəcək və çıxış www.speaker.gov/newsroom saytında canlı yayımlanacaq.
Nümayəndə heyətinə ABŞ Nümayəndələr Palatasının Enerji və Kommersiya Məsələləri Komitəsinin sədri Frank Palone, Nümayəndələr Palatasının üzvləri Anna Eşu və Ceki Şpeier daxildir.