29 C
Baku
Tuesday, September 9, 2025

Nepalın Baş naziri Şarma Oli istefa verib

Nepalın Baş naziri Şarma Oli ölkədəki iğtişaşlar fonunda istefa verib, bu barədə “Reuters” yazıb.

Qeyd edək ki, sentyabrın 5-dən qüvvəyə minən sosial media qadağasına etiraz etmək üçün minlərlə gənc vətəndaş Katmandu küçələrinə çıxıb.

Bundan sonra Nepal hökuməti tələblərə uyğun olaraq sosial şəbəkələrin işini bərpa etmək qərarına gəlib. Buna baxmayaraq, etirazlar davam edib. Bu gün yerli mətbuatın yazdığına görə, ölkənin Baş naziri istefa verib.

Son xəbərlər
Digər xəbərlər