12 C
Baku
Wednesday, December 11, 2024

“NEQSOL”un şirkəti hüquqi ünvanını dəyişib

“NEQSOL Holding”in törəmə şirkəti “AzərTelekom” MMC hüquqi ünvanını dəyişib.

Banker.az bu barədə əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, telekommunikasiya şirkəti bundan sonra Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 113 ünvanında fəaliyyət göstərəcək.

Buna qədər isə Bakı şəhəri Yasamal rayonu, Tiflis pr., ev 3166-cı məhəllə ünvanında dövlət qeydiyyatında idi.

Qeyd edək ki, “Azərtelekom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. “Azərtelekom” şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Son xəbərlər
Digər xəbərlər