1 C
Baku
Saturday, December 14, 2024

“Nestlé”: Məhsullarımızın yalnız 37%-i sağlam qidadır

“Nestlé” korporasiyası istehsal etdiyi əsas qida və içki xəttinin 60%-dən çoxunun “sağlam qidalanma” anlayışına cavab vermədiyini bildirib.

“Financial Times” bu barədə şirkətin top menecerləri üçün nəzərdə tutulmuş təqdimata istinadən xəbər verir.

Korporasiyanın məlumatına görə, heyvan yemi və xüsusi tibbi qidalar istisna olmaqla “Nestlé”nin qida və içkilərinin yalnız 37%-i Avstraliya sağlamlıq reytinq sistemində 3,5 baldan yuxarı nəticə göstərib. “Nestlé” qeyd edir ki, 3,5 baldan yuxarı olan qida və içkiləri sağlam qidalanmaya aiddir.

Eyni zamanda, “Nestlé”nin qida məhsullarının təxminən 70%-i və içkilərin 96%-i 3,5 baldan aşağı qiymət alıb.

Qeyd edək ki, “Nestlé”nin illik gəlirlərinin təxminən yarısı (92,6 mlrd. İsveçrə frankı –102,87 mlrd. ABŞ dolları) məhz sözügedən məhsulların satışından əldə olunur.

Apa

Son xəbərlər
Digər xəbərlər