11 C
Baku
Monday, November 25, 2024

Netanyahu Maskla görüşüb

ABŞ-a səfərə gələn İsrailin Baş naziri Benyamin Netanyahu milyarder İlon Maskla süni intellektin inkişaf perspektivlərini müzakirə edib.

Onların görüşü Maskın Kaliforniya ştatının San-Xose şəhərindəki Tesla zavodunda baş tutub.

Söhbətin əsas mövzularından biri süni intellektin inkişaf perspektivləri olub. Mask bu texnologiyanın potensial olaraq bəşəriyyət üçün ölümcül təhlükəyə çevrilə biləcəyindən narahatlığını ifadə edib. Öz növbəsində Netanyahu qeyd edib ki, süni intellekt şər qüvvələrin xidmətində ola bilər:

“Bu gün yol ayrıcındayıq, bütün bəşəriyyət xeyir-dua və lənət arasında seçim qarşısındadır. Süni intellekt ilə əlaqəli xeyir-dualar inanılmazdır və biz İsraildə onları artıq görürük. Amma bununla yanaşı, qarğışlar da var. Bu, demokratiyanın məhvi, ağıl manipulyasiyası, mütəşəkkil cinayət, süni intellektlə idarə olunan müharibələr, hətta elmi fantastikadan başqa bir şey ola bilər. Bu maşınlar başqa yol əvəzinə insanları idarə edə bilər”.

Bununla əlaqədar, Netanyahu süni intellekt texnologiyalarının inkişafı ilə bağlı riskləri ehtiva edən qlobal mexanizm yaratmaq barədə düşünməyi təklif edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər