27 C
Baku
Saturday, April 27, 2024

Netanyahu Qəzza zolağında sülhün əldə olunması üçün şərtləri açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində Qəzza zolağında HƏMAS üzvləri ilə müharibədə sülhün əldə olunmasının şərtlərini açıqlayıb. Onun sözlərinə görə, döyüşlərə son qoymaq üçün HƏMAS hərəkatını məhv etmək, Qəzza zolağının demilitarizasiyası və “bütün Fələstin cəmiyyətini deradikallaşdırmaq” lazımdır.

Benyamin Netanyahu iddia edir ki, HƏMAS-ın məhv edilməsi ideyası ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və “bir çox başqa ölkələr” tərəfindən dəstəklənir. Bu məqsədə çatmaq üçün İsrail Müdafiə Qüvvələri (IDF) hərəkatın üzvlərinin “hərbi imkanlarını darmadağın etməli”, həmçinin “Qəzzada siyasi hakimiyyətinə son qoymalıdır”.

Dekabrın 25-də Benyamin Netanyahu Knessetdə “Likud” fraksiyasının üzvləri ilə görüşdə Qəzza zolağında müharibənin “bitməyə yaxın olmadığını” və “uzun döyüş olacağını” bildirib. Onun sözlərinə görə, döyüş əməliyyatları davam etmədən HƏMAS-dakı qalan 100-dən çox girovu azad etmək mümkün deyil. Dekabrın 24-də cənab Netanyahu girovların azad edilməsi üçün hərbi əməliyyatın genişləndirilməsini elan edib. Dekabrın 23-də İsrailin baş naziri ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub və nəticədə Amerika prezidenti bəyan edib ki, o, cənab Netanyahudan Qəzza zolağında atəşi dayandırmağı xahiş etməyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər