15 C
Baku
Saturday, April 27, 2024

“Netflix” ən populyar filmlərin reytinqini açıqladı

“Netflix” striminq xidməti baxış sayına görə ən populyar filmlərin reytinqini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Birinci yerdə Kris Hemsvortun iştirakı ilə “Xilasetmə” (99 milyon baxış), ikinci yerdə Sandra Bullokun iştirakı ilə “Quş qutusu” (89 milyon baxış), üçüncü yerdə isə Mark Uolberqin çəkildiyi “Spenserin Qisası” (85 milyon baxış) filmi dayanır.
Qeyd edək ki, ən populyar filmlərin ilk onluğuna həmçinin “Platforma” (56 milyon baxış), “İdeal görüş” (48 milyon baxış), “Üçlü sərhəd” (63 milyon baxış), “İrlandiyalı” (64 milyon baxış) və “Yanlış qız” (59 milyon baxış) filmləri daxil olub.

Bu lentlərin bir qismi son üç il ərzində, əksəriyyəti isə son 12 ayda buraxılmışdır. 2019-cu ilin əvvəlindən “Netflix” abunəçilərinin sayı 43,6 milyon nəfər artdığı üçün hər yeni buraxılış əvvəlkilərindən daha çox izləyici toplamaq potensialına malikdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər