11 C
Baku
Sunday, May 19, 2024

“Netflix” aylıq abunə haqqını azaldacaq

Striminq xidməti “Netflix” 2022-ci ilin son üç ayında platformaya reklam əlavə edəcək.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə şirkət işçilərinə bildiriş göndərib. Yeniliyin əsas məqsədi aylıq abunə haqqını azaltmaq olacaq.

Bundan əvvəl “Netflix” son on ildə ilk dəfə istifadəçi sayının azaldığını bildirmişdi. Qeyd edək ki, nəticədə xidmətin bazar dəyəri 40 milyard dollar düşmüşdü.

Şirkət istifadəçilərin getməsi abunə qiymətinin artması, Ukraynadakı hərbi əməliyyatlar və Rusiya bazarından geri çəkilmə ilə əlaqələndirir. “Netflix” gələn rübdə istifadəçi sayının daha 2 milyon nəfər azalacağını gözləyir.

“Netflix” rəhbərləri öz məktublarında rəqib “HBO” və “Hulu”nun “reklamla dəstəklənən xidmət təklif edərək brendi dəstəkləyə bildiklərini” qeyd ediblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər