14 C
Baku
Wednesday, April 24, 2024

“Netflix” iOS cihazlarında oyun bölməsini işə salıb

Striminq xidməti “Netflix” noyabrın 2-də oyun bölməsinin istifadəyə verildiyini elan edib. Lakin ilkin mərhələdə yenilik yalnız Android istifadəçiləri üçün əlçatan olub. Hal-hazırda platformanın oyunlar bölməsindən həmçinin iOS istifadəçiləri də yararlanır.

Verilən məlumata görə, oyunların siyahısı Android-də olduğu kimidir:

– Stranger Things: 1984

– Stranger Things 3: The Game

– Teeter

– Shooting Hoops

– Card Blast.

Qeyd edək ki, bütün oyunlar pulsuzdur, sizin yalnız “Netflix” abunəliyiniz olmalıdır. Oyunlardan heç bir reklam və ya digər əlavə ödəniş yoxdur. Onları iPhone və iPad cihazlarına “App Store” vasitəsilə yükləmək mümkündür.

Gələcəkdə şirkət platformaların hər birində oyun kataloqunu genişləndirməyi planlaşdırır. “Netflix” vurğulayır ki, oyunlar auditoriyanı əyləndirmək və platformada interaktivlik yaratmaq məqsədilə yaradılıb. Şirkət bu sahədən pul qazanmağı planlamır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər