13 C
Baku
Friday, April 19, 2024

“Netflix” yeni bazara çıxmaq üçün abunəliyi pulsuz etdi

Amerikanın “Netflix” xidməti 18 yaşdan yuxarı bütün Keniya sakinlərinə pulsuz abunəlik təklif edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Beləliklə, Android smartfonu olan hər kəs bu platformadan istifadə edə biləcək. Keniyalılar üçün “Netflix”dəki şou və serialların 25%-i əlçatan olacaq.

Satış statistikasını pisləşdirməmək üçün platforma rüblük hesabatlarına pulsuz abunəçiləri daxil etməyəcək. “Netflix” bu istifadəçilərdən bəzilərinin bütün kontentə giriş əldə etmək istədiklərini düşünür.

“Əgər əvvəllər heç vaxt “Netflix”ə baxmamısınızsa, bu, hansı xidmətlər təklif etdiyimizi öyrənməyin əla bir yoludur”, – deyə şirkətin yenilikçi məhsulların inkişafı direktoru Keti Konk qeyd edib.

Xatırladaq ki, pandemiya ilə əlaqəli abunə bumundan sonra “Netflix” ABŞ-da böyümənin ən yüksək həddinə çatıb. 2021-ci ilin yazında platforma liderliyini itirib. Hal-hazırda şirkət yeni bazarlara çıxmağın yollarını axtarır.

Eyni zamanda “Netflix” biznesinin genişləndirilməsi variantını da nəzərdən keçirir. Onlayn kinoteatr artıq onlayn mağazasını işə salıb, video oyunlar və podkastlar inkişafı ilə məşğul olur.

İyul ayında “Netflix”in video oyun bazarına girməyi planlaşdırdığı məlum olub. Bu olduqca rəqabətli bir sahədir, buna görə şirkət “Facebook” və “Electronic Arts Inc.” top-menecerlərini işə götürüb.

Son xəbərlər
Digər xəbərlər