Netflix yayım xidmətinin sədri Scott Stuber şirkəti tərk edəcək.
Bu barədə Bloomberg məlumat yayıb .
Stuber şirkətə 2017-ci ildə qoşulub və onun rəhbərliyi altında Netflix Films Hollivudun ən uğurlu kinostudiyalarından birinə çevrilib. Onun rəhbərliyi altında Netflix franchise əsasında daha çox məzmun istehsal etməyə başlayıb və animasiya şöbəsini kəsib – indi studiya üçün cizgi filmləri podratçılar tərəfindən çəkilir.
O, 2024-cü ilin martında öz media şirkətini açmağı planlaşdırır.