6 C
Baku
Monday, December 16, 2024

“New York Times”: Rusiyadan gedən şirkətlər $103 mlrd. itiriblər

Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk etmək qərarına gələn Qərb şirkətləri 103 milyard dollardan çox pul itiriblər, bu barədə “The New York Times” yazıb. Qəzetə görə, onların Rusiyanı tərk edərkən ödəmək məcburiyyətində qaldıqları “daim artan vergilər” səbəbindən son bir ildə ölkə büdcəsinə biznes satışından ən azı 1.25 milyard dollar daxil olub.

Nəşr qeyd edir ki, nəticədə bir çox şirkətlər yerli biznesin inkişafına yatırdıqları pulları itirmək istəmədikləri üçün Rusiyada qalmaqda davam edirlər.

Mövcud qaydalara görə, “dost olmayan” ölkələrdən olan şəxslərə məxsus şirkətlərin Rusiya aktivlərinin satışı üzrə əməliyyatlar maliyyə nazirinin başçılıq etdiyi xarici investisiyalar üzrə hökumət komissiyasının alt komitəsi tərəfindən təsdiqlənməlidir.

Bundan əlavə, şirkət büdcəyə “könüllü” töhfə ödəməlidir: satış zamanı diskont 90%-dən çox olmadıqda aktivlərin bazar dəyərinin 5%-dən, diskont daha çox olduqda bazar dəyərinin 10%-dən az olmayaraq.

Avqust ayında “Reuters” mənbələrə istinadən yazıb ki, bəzi şirkətlər aktivlərini satarkən əlavə endirimlər etmək tələbi ilə üzləşirlər və yalnız bundan sonra öz bizneslərini satmaq üçün hökumətdən “yaşıl işıq” alırlar. Bu, satışları ləngidir və şirkətləri alternativlər axtarmağa məcbur edir.

Son xəbərlər
Digər xəbərlər