10 C
Baku
Friday, December 13, 2024

New Yorkda yerləşən Chrysler göydələni satışa qoyulacaq

New Yorkdakı məşhur Chrysler binasının sahibləri onu satmaq niyyətindədirlər.

Banker.az xəbər verir ki, bu haqda The Wall Street Journal yazır.

Bu bina 90% olaraq Abu Dhabi İnvestment Council fonduna məxsusdur, hansı ki 2008-ci ildə bu paya görə 800 milyon dollar ödəyib. Qalan hissə Tishman Speyer Properties daşınmaz əmlak fonduna məxsusdur. Alqı-satqı prosesinin həyata keçirilməsi üçün onlar CBRE Group Inc. şirkətini seçiblər.

1930-cu ildə inşa edilmiş bu göydələnin ümumi uzunluğu 320 metr təşkil edir. Bu günə qədər tikili Nyu-Yorkun simvollarından biri hesab olunur. 1953-cü ilə qədər Chrysler Corp-un qərargahı burada yerləşdirilmişdir, sonra isə bina bir neçə dəfə sahibini dəyişib.

Ekspertlər yeni bina sahiblərinin üzləşəcəyi və binanın qiymətinə təsir göstərə bilən bir sıra problemlərə diqqət yetirirlər. Xüsusilə, göydələnin köhnəlmiş infrastrukturun təmirinin baha başa gələcəyini söyləyirlər. Bundan əlavə, binanın altındakı torpaq kirayəsinin qiyməti artmaqdadır. 2017-ci ildə bu qiymət 7,75 milyon dollar, 2018-ci ildə isə 32,5 milyon dollar təşkil etmişdir. Ehtimal edilir ki, 2028-ci ildə kirayə xərcləri ildə 41 milyon dollara çatacaq.

Son xəbərlər
Digər xəbərlər