26 C
Baku
Tuesday, April 30, 2024

Niderland şirkəti Azərbaycandan gedir

Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.

Banker.az xəbər verir ki, “Enterprise Services International Trade B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 153, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Niderland şirkətinin filialı Azərbaycanda 2016-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi William Leroy Deckelman JR.dır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər