10 C
Baku
Friday, December 13, 2024

Niderland Ukraynaya əlavə 80 milyon avroluq maliyyə paketi ayırıb

Niderland Ukraynaya yardım üçün əlavə 80 milyon avro maliyyə paketi ayırıb.

Bu barədə Niderland hökumətinin mətbuat xidməti məlumat yayıb.

Vəsaitin böyük hissəsi infrastrukturun yenidən qurulmasına sərf olunacaq.

Əlavə yardımın ayrılması barədə qərar müdafiə naziri Kaysa Ollonqren, xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Lişe Şraynmaxerin Kiyev və İrpinə səfərindən sonra qəbul edilib.

Təxminən 65 milyon avro hərbi əməliyyatlar zamanı dağılmış körpülərin, bəndlərin, xəstəxanaların və digər infrastrukturların bərpasına sərf olunacaq. Daha 10 milyon avro minaların təmizlənməsi və partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün istifadə ediləcək.

2.5 milyon avro Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) Ukrayna hökuməti ilə makroiqtisadi və islahat məsələləri üzrə qarşılıqlı fəaliyyət üçün ayrılacaq. Hərbi münaqişə zamanı cinsi və gender əsaslı zorakılıq qurbanlarına dəstək üçün 2 milyon avro göndəriləcək.

Hərbi münaqişə başlayandan bəri Niderland Ukraynaya kömək üçün təxminən 210 milyon avro ayırıb. Ölkə Ukrayna Silahlı Qüvvələrini silah və geyim formaları ilə təmin edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər