11 C
Baku
Wednesday, December 11, 2024

Niger Fransaya uran və qızıl ixracını dayandırıb

Bu gün Nigerdən Fransaya uran və qızıl ixracının dayandırılması barədə məlumat yayılıb.

Bu barədə Britaniyanın BBC korporasiyası xəbər yayıb. Məlumata görə, bu qərarı yeni hakimiyyət orqanları qəbul edib.

Korporasiyanın məlumatına görə, Niger dünyada uran istehsalına görə yeddinci yerdədir.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. General Abdurəhman Çiani özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüblər. Onun sağ-salamat olduğu vurğulanır.

M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər