21 C
Baku
Saturday, May 4, 2024

Nigeriyada yeni prezident seçilib

Nigeriyanın yeni prezidentinin adı məlum olub.

Bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, fevralın 25-26-da keçirilən prezident seçkilərində hakim partiyadan olan Bütün Proqressivlər Konqresinin namizədi, keçmiş Laqos qubernatoru Bola Əhməd Tinubu yeni prezident seçilib.

Müstəqil Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu Tinubunun 8 milyon 794 min 726 səs yıydığını açıqlayıb.

Yakubu, Tinubunun ən böyük rəqibi olan ana müxalifət, Xalqların Demokratik Partiyasının (PDP) namizədi Atiku Abubakarın 6 milyon 101 min 533 səs topladığını, İşçi Partiyasının (LP) namizədi Peter Obinin isə 6 milyon 984 min 520 səs qazandığını qeyd edib.

Federal sistemlə idarə olunan Nigeriyada prezident seçkilərində qalib gəlmək üçün hər bir namizəd paytaxt Abuca bölgəsində və 36 ştatdan 24-də 25 faiz səs toplamalıdır.

Tinubu 12 ştatda seçkilərdə qalib gəlib, 18 ştatda isə 25 faiz səs toplayıb. Ana müxalifət PDP də 12 ştatda birinci, LP isə 11 ştatda və federal paytaxt regionunda birinci olub.

Təxminən 206 milyon əhalisi olan Nigeriyada prezidentlik uğrunda 18 namizəd mübarizə aparıb. 26 fevral bazar günü saat 16:00-da başlayan səslərin hesablanması bu gün başa çatıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər