7 C
Baku
Friday, March 13, 2026

Nikkei: Yaxın Şərqdəki hadisələr kömürə marağı artırır

Fars körfəzi bölgəsində qeyri-sabitlik, neft qiymətlərinin kəskin artması və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı problemlər kömürə mühüm enerji xammalı kimi marağı artırıb. Halbuki yaxın vaxtlara qədər bir çoxları onu keçmişin yanacağı hesab edirdi. Bu barədə aparıcı yapon iqtisadi qəzeti “Nikkei” yazır.

Nəşr qeyd edir ki, ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonrakı iki həftə ərzində spot bazarda LNG qiymətləri demək olar ki, iki dəfə artıb. Bu isə kömür bazarına da təsir edir və ona tələbatın nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur.

Qəzetin yazdığına görə, 9 mart tarixinə olan vəziyyətə əsasən Avstraliya kömürünün qiyməti bir həftə əvvəlki səviyyə ilə müqayisədə 12% artaraq tonuna 129 dollara çatıb. Bu, 2024-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Avropa İttifaqı ölkələrində də spot bazarda kömür qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə yüksəlib.

“Nikkei” qeyd edir ki, əvvəllər qiymətlər nisbətən aşağı səviyyədə qalırdı. Bunun səbəblərindən biri Çində bərpa olunan enerji mənbələrinin getdikcə daha geniş tətbiq olunması idi. Lakin Yaxın Şərqdəki hadisələr bazardakı vəziyyəti qısa müddətdə dəyişib.

Hətta kömürlə işləyən istilik elektrik stansiyalarının mərhələli şəkildə bağlanmasının fəal şəkildə aparıldığı Avropa İttifaqı ölkələrində belə son vaxtlar onların enerji təhlükəsizliyi baxımından saxlanılmasının vacibliyi barədə fikirlər səslənməyə başlayıb. “Nikkei” yazır ki, kömürdən tam imtina edilməsi Yaxın Şərqdə baş verən hadisələr nəticəsində yaranan hazırkı kimi şokların təkrarlanacağı halda mühüm ehtiyat vasitəsindən məhrum edə bilər.

Son xəbərlər
Digər xəbərlər