“NIKOIL Bank” ailəsi adından Novruz bayramı münasibətilə Xalqımızı təbrik edirik! Bu nurlu bayramın və yazın gəlişi ilə bütün diləkləriniz həyata keçməsini arzulayırıq!
Mart ayının 20-dən 24-nə qədər Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzi saat 10:00-dən 20:00-dək, Gəncə (Nizami küçəsi 62) və Qəbələ (H. Əliyev küçəsi 45) şəhərlərində yerləşən filiallar isə 10:00-dən 17:00-dək müştərilərə xidmət göstərəcək. Bu günlərdə bütün kredit növləri üzrə ödənişlər qəbul ediləcək, habelə xarici valyutaların alqı-satqısı üzrə əməliyyatlar həyata keçiriləcəkdir.
“NIKOIL Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil