20 C
Baku
Wednesday, April 24, 2024

Nikoil Bank kompensasiya ödənişi ilə bağlı gücləndirilmiş iş rejiminə keçərək, iş saatlarını 20:00-dək uzatdı ®

22 aprel 2019-cu il tarixindən etibarən, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Nikoil Bank tərəfindən fiziki şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlamışdır. 

Bildirək ki, Fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinəcək və məhkəmədə olan işləri geri çağırılacaqdır.

Problemli kreditlərlə bağlı kompensasiya ödənişi nəzərdə tutulan hər bir müştəriyə NIKOIL Bank tərəfindən, ödənişlərin veriləcəyi filial və tarix haqqında SMS bildiriş göndərilib. Həmçinin qeyd etmək istərdik ki, Bank tərəfindən kompensasiya alan müştərilərin rahatlığını təmin etmək məqsədilə SMS məlumatdırılma xidməti yaradılıb. Müştərilər şəxsiyyət vəsiqələrin FİN kodunu SMS vasitəsi ilə 9981 qısa nömrəsinə göndərərək, kompensasiya alacaq vaxt və tarix haqqında məlumatı əldə edirlər.

Məsələ ilə bağlı daha operativ xidmət və müştəri məmnunluğunu təmin etmək üçün NIKOIL Bank gücləndirilmiş iş rejiminə keçərək, iş saatlarını 20:00-dək uzatdı. Yuxarıda qeyd olunan Fərmanına əsasən bütün ödənişlər cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

NIKOIL  Bank  – Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkələrdə rəsmi səhifəsinin ünvanı:

https://www.facebook.com/nikoilbank                           https://www.instagram.com/nikoilbank/

cvb

plk

yuu

tyu

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər