1 C
Baku
Saturday, December 14, 2024

“Nikoil Bank” nizamnamə kapitalını daha da artırır

“Nikoil Bank” ASC nizamnamə kapitalını 25 mln. manat və yaxud 11,36% artıraraq 245 mln. manata çatdıracaq. Bu barədə bankdakı mənbə bildirib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 12,5 mln. ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları bankın mövcud səhmdarlarının, böyük ehtimalla “Topaz Investments” QSC-nin alacağı gözlənilir.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 220 mln. manatdır. Bankın səhmlərinin 93,16%-i “Topaz Investments”ə, 6,68%-i adı açıqlanmayan fiziki şəxsə, 0,16%-i isə “ISR Holding” MMC-yə məxsusdur.


©REPORT

Son xəbərlər
Digər xəbərlər