7 C
Baku
Sunday, December 15, 2024

Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi tələb olunur

Apellyasiya məhkəməsində Fransanın sabiq prezidenti Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi istənilib.

Keçmiş prezident korrupsiyada ittiham olunur. Fransa Prokurorluğu onun 3 il qiyabi olaraq azadlıqdan məhrum edilməsini tələb edir.

Qeyd edək ki, birinci instansiya məhkəməsi Sarkozini qeyri-qanuni dinləmələrdə ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi. Sarkozi və daha 2 nəfər bunun 1 ilini həbsxanada keçirməli idi. Keçmiş prezident qərardan apellyasiya şikayəti verib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər