2 C
Baku
Saturday, December 14, 2024

“Nissan” batareyaların istehsalı zavodlarının inşasına $1.8 mlrd. sərmayə yatıracaq

“Nissan Motor” Yaponiya və Böyük Britaniyada elektrikli avtomobillər üçün batareyaların istehsalı zavodlarının inşasına 1.8 milyard dollar sərmayə qoyacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, avtomobil istehsalçısı bunu Çindəki tərəfdaşı “Envision” şirkəti ilə birlikdə edəcək.

“Nissan” artıq 2024-cü ildən etibarən batareyaların istehsalına başlamağı planlaşdırır – şirkət ildə 700 min elektrikli nəqliyyat vasitəsinin təmin edilməsi gücünə çatmaq istəyir.

Dünya avtomobil istehsalçıları elektrikli avtomobilləri akkumulyatorlarla təmin etməyə çalışırlar. Məsələn, 2020-ci ildə “Toyota” şirkəti “Panasonic” ilə birlikdə birgə müəssisə açıb, “Volkswagen” isə 2030-cu ilədək Avropada altı zavod işə salmağı planlaşdırır.

Cənubi Koreyanın “SK Innovation” şirkəti ilə birlikdə əməkdaşlıq edən “Ford” da zavod inşa edəcəyini bildirib. “General Motors” isə 2019-cu ildə “LG Chem” ilə birlikdə ABŞ-da zavod inşa etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər