7 C
Baku
Thursday, December 12, 2024

“Nissan” mənfəətini 16% azaldıb

Yaponiyanın “Nissan Motor Co.” şirkəti 2016-2017-ci maliyyə ilinin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini 16% azaldıb. “İnterfax” agentliyinə istinadən xəbərə görə, bunun əsas səbəbi Yaponiyanın milli valyutası olan yenin möhkəmlənməsidir.

Yaponiyanın digər avtomobil konsernləri kimi, “Nissan” əsasən pullarını ölkə xaricində qazanır, ancaq maliyyə hesabatları yen ilə aparılır. Bunun üçün də yenin güclənməsi şirkətin maliyyə göstəricilərinə neqativ təsir edir.

Şirkətin məlumatında deyilir ki, onun iyul-sentyabr aylarında xalis mənfəəti ötən ilki 172,8 mlrd. yendən 146,1 mlrd. yenə (1,4 mlrd. dollara) qədər azalıb.

Şirkətin əməliyyat gəlirləri 19% azalaraq 163,9 mlrd. yenə çatıb.

Analitiklər isə “Nissan”ın xalis mənfəətinin 125,5 mlrd. yen, əməliyyat gəlirlərinin 154,5 mlrd. yen olacağını proqnozlaşdırırdı.

“Nissan”ın qiymətləndirilməsinə görə, dolların orta illik məzənnəsi 105 yen, avroya nisbətdə isə 120 yen təşkil edəcək.

APA

Son xəbərlər
Digər xəbərlər